Maneələrin aşılması
ENRUAZ

VEXPORT

Həm müqavilə tərəfi, həm də agent qismində çıxış edirik
Ваш торговый партнер в России
İdxal üzrə alqı-satqının xərclərini azaldırıq
Поставка
2000 тонн рапса
Заказчик сам
Сроки поставки
6 месяцев
Заработано
$0
С нашей помощью
Сроки поставки
3 месяца
Заработано
$100 тыс.
MNKZENRU
ƏDV-siz alqı-satqı
Malın vaxtında və ən sərfəli daşınmasına qarantiya veririk
Xərclər barədə hesabat veririk
İstehsalçının dilində danışırıq
Bütün sahələr üzrə işləyirik,
lakin ən yaxşı aşağıdakıları bilirik:
Kənd təsərrüfatı və qida sənayesi məhsulları
Taxta, sellüloz və kağız sənayesi məhsuları
Texnika: xüsusi, kənd təsərrüfatı, dəmir yolu texnikası
Sənaye avadanlıqları: elektrotexniki, istilik enerjisi ilə çalışan və s.
Sənaye və mülki obyektlərinin tikintisi üçün lazım olan tikinti materialları və avadanlıqlar
Proqram məhsulları və server avadanlıqları
Əməkdaşlıq variantları
Agent müqaviləsi bağlayırıq. Sizin təmsilçiniz kimi əqdin hər bir detalına nəzarət edirik.
Sizin etibarnamə üzrə agentiniz olaraq
15%-dən
çatdırılma məbləğindən
XİDMƏT HAQQI
İdxal müqaviləsi bağlayırıq. Malı özümüz istehsalçıdan alırıq,
Idxalla bağlı bütün çətinlikləri həll edirik.
Müqavilə tərəfi
3%-dən
Istehsalçının qiymətindən
XİDMƏT HAQQI
Rusiyanin ən yaxşı mallarının alınmasında 20 faizə qədər qənaət eetməyinizə kömək edirik
Biz 27 il ərzində sahələr üzrə ekspertlərdən ibarət komanda yığmışıq. Etibarlı təxhizatçı şirkətlərin bazasını və loqistik sistemi işləyib hazırlamışıq
Bizimlə malı yerli ƏDV vergisi olmadan alacaqsınız
ƏDV
olmadan
Mixail Dobrınin
FEA, logistika, gömrük
Mixail Anisimov
Müştərilər və bazarlarla işləmək
Mixail Anisimov
Layihənin təsisçisi
Layihənin təsisçisi
Alisa Savina
Mətbuat xidmətinin rəhbəri.
Telegram kanal redaktoru
Купечество Vs Санкции
Layihənin təsisçisi
Leonid Savin
Xarici iqtisadi əlaqələr şöbəsinin müdiri. Portalın baş redaktoru
Геополитика.ру
Layihənin təsisçisi
Gennadi Fedorçenko
icraçı direktor.
sahibkar
Layihənin təsisçisi
Albert Sadıkov
Layihə Müdiri
Alexandra Erlich
Dizayn, marketinq dəstəyi
Təchizatı nəzarətdə saxlayıb sizi daim məllumatlandırırıq
Agenti olduğumuz sifarişçi daim maliyyə və vaxt xərclərinin miqdarı barədə məlumatlı olur
Məhsulun keyfiyyəti
Alış qiyməti
Digər xərclər
Çatdırılma müddəti
Çatdırılma qiyməti
Keyfiyyəti yoxlayırıq, video hesabatlar göndəririk
Malın qəbul edilməsi, daşıyıca təhvil verilməsi və göndərilməsində iştirak edirik. Daşınma başlamamışdan əvvəl keyfiyyəti yoxlayırıq
Malın çatdırılmasında qüsurların və gecikmənin olmaması üçün hər şeyi edirik.
Bütün bunları qeyd edib sizə foto və video hesabatlar şəklində göndəririk
Çətinlikləri tezliklə aradan qaldırırıq
Siz həmişə əmin ola bilərsiniz ki, şəraitdən asılı olmayaraq sizin sifarişiniz tam həcmdə və vaxtında yerinə yetiriləcək.
Malınızı gömrükdən buraxmırlar?
Gömrük xidməti ilə əlaqə yaradaraq malın gömrük bəyannaməsi ilə bağlı istənilən uyğunsuzluğu aradan qaldırırıq.
İstehsal müddəti gecikir?
Zavodun imkanlarını səfərbər edib sifarişin vaxtında yerinə yetirilməsinə nail oluruq.
Malın saxlanma şərtləri tələblərə cavab vermir?
Problemi aradan qaldırıb xarab olan məhsulu yenisi ilə əvəz olunmasına nail oluruq.
Açar keyslər
Qazaxıstana 44 təkər dəstləri: vaxt və pul itkisi olmadan çatdırılma təmin edilir
Другие кейсы

Qazaxıstana 44 təkər dəstləri: vaxt və pul itkisi olmadan çatdırılma təmin edilir

Daha ətraflı. Qazaxıstandan olan bir müştəri Rusiyada RU-1Ş yük vaqonları üçün SONK təkər dəstləri alıb Ekibastuzdakı depoya çatdırıb.
Təkər dəstləri boyanmadığı üçün son alıcı razılaşmadan imtina etmişdi
Müştəri məhsulu Rusiyaya qaytarmalı olmuşdu. Bunun üçün o, təkrar ixracı rəsmiləşdirmək, qüsurun aradan qaldırılmasını gözləmək və malı geri göndərmək üçün yenidən pul ödəmək məcburiyyətində qalmışdı.
Müştəri zərər çəkdi: nəqliyyat, yükləmə-boşaltma və yenidən ixrac xərcləri, gecikmiş ödənişlər və kredit faizləri. Ümumilikdə müştəri 29.500 ABŞ dolları və üç ay vaxt itirdi.

Ümumilikdə müştəri 29.500 ABŞ dolları və üç ay vaxt itirdi.
Növbəti analoji alış üçün müştəri bizi cəlb etdi.
İstehsalata nəzarət etdik, bütün məhsulların diqqətlə boyanmasını və vaxtında çatdırılmasını təmin etdik. Nəticədə, son müştəri təkər dəstlərini dərhal və heç bir irad tutmadan qəbul etdi.
10 taxta vaqon
Özbəkistana: aşağı salındı
dəyəri 28.000 dollardır
Другие кейсы
Özbəkistana 10 vaqon taxta lövhə: Qiyməti $28000 azaltdıq
Müştəri taxta lövhələri Rusiyada özü almışdı. Lakin ikinci alqı-satqıya bizi cəlb etdi.

Sərbəst alış qiyməti:
$965 d/y deposu xidmətləri(malın qəbulu, saxlanılması və s.)
$ 1,265 universal platformanın kirayəsi.
$ 750 Rusiya üzrə d/y çatdırılması.
$ 575 Qazaxstan üzrə d/y çatdırılması.
$ 1,090 gömrük məntəqəsində baxış üçün malın boşaldılıb-yüklənməsi xidməti
$ 535 gömrük baxışı zamanı sadə vaqona görə cərimə.
$ 800 gömrük baxışını keçirmək üçün şirkətin işçilərinin ezamiyyəti
$ 135 gömrük bəyannaməsinin rəsmiləşdirilməsi
Cəmi $ 16,060



Bizimlə alqı-satqının dəyəri

$ 9,690 d/y deposuna çatdırmaq şərtilə bir vaqon taxta lövhə
$ 860 d/y deposu xidmətləri(malın qəbulu, saxlanılması və s.)
$ 1,265 universal platformanın kirayəsi.
$ 750 Rusiya üzrə d/y çatdırılması.
$ 575 Qazaxstan Respublikası üzrə d/y çatdırılması.
$ 115 gömrük bəyannaməsinin rəsmiləşdirilməsi
Cəmi $ 13,255


Bizim firma vasitəsilə alqı-satqı edilən bir vaqon taxta $2,805 dollar ucuz, ümumilikdə isə 10 vaqon taxta $ 28,050 dollar ucuz başa gəldi.
Monqolustana 2000 ton kolza: Çatdırılma müddətini qısaltdıq və $100 000 qazanmağa kömək etdik
Другие кейсы
Monqolustana 2000 ton kolza: Çatdırılma müddətini qısaltdıq və $100 000 qazanmağa kömək etdik
Müştəri kolzanı təkbaşına almışdı və xeyir götürməmişdi
Bizim sifarişçimiz iyun ayında Monqolustanda satmaq üçün Rusiyadan 2000 ton kolza almışdı. Yayda orada kolza çatışmazlığı olur. Malın sonuncu partiyası noyabr ayında təhvil verilmişdi ki, bu da kolzanın defisit dövrünün keçdiyinə təsadüf etmiş və qiymətlər adi vaxtdakı səviyyəyə düşmüşdü.


Nəticədə müştəri kolzanı aldığı qiymətə də satmağa məcbur olmuşdu.

Növbəti dəfə müştəri kolzanı bizimlə aldı və $100,000+ qazanmağa nail oldu.
Biz etibarlı çatdırılma şirkəti tapdıq və aprel ayında 2050 ton kolza aldıq. Malın sonuncu partiyasını ən defisit ayında, iyun ayında qəbul etdik.

Çatdırılma müddəti əvvəlkinə nisbətən iki dəfə az, mənfəət isə $100,000-dan çox oldu.
Qazaxıstana iki qartəmizləyici qatar: Tenderi $1 milyon dəyərində yerinə yetirdik
Другие кейсы
Qazaxıstana iki qartəmizləyici qatar: Tenderi $1 milyon dəyərində yerinə yetirdik.
Sonuncu alıcı bizim müştəridən alqı-satqı etmək üçün bir neçə dəfə tender keçirmişdir

“Qazaxıstan Dəmir Yolları” şirkətinə (Rusiyada RDY kimi dəmir yolları operatoru) 2 ədəd qar təmizləyən qatar lazım idi. Tenderdə TSC Group Corporation zavodu, yəni bizim sifarişçimiz qalib gəlməli idi. Sadəcə problem ondan ibarət idi ki, tərəflər çatdırılma qiymətini heç cür razılaşdıra bilmirdilər. Buna görə də müqavilə bağlanmırdı.


Biz danışıqlar aparmaqda köməklik göstərdik, şərtləri razılaşdırdıq və tenderi keçirtdik. Bundan dərhal sonra – sənədləşdirmənin sonunu gözləmədən – istehsalçı zavoda qarantiya kimi ilkin ödəniş etdik ki, o istehsalı başlasın.


İstehsal tarixi ilə göndərmə tarixi üst-üstə düşdü və $1 milyon-dan çox məbləği olan müqavilə baş tutdu. Nəticədə bizim sifarişçimiz pul əldə etdi, “Qazaxıstan Dəmir Yolları” şirkəti isə yüksək keyfiyyətli qar təmizləyən qatarları.

Bizim Rusiyanın 23 regionunda nümayəndəliyimiz vardır
Onlar müxtəlif istehsalçılarla əlaqədə olur, onları müqayisə edib ən yaxşısını seçib istehsal prosesinə nəzarət edirlər.
Mərkəzi ofis: 123290, Rusiya, Moskva, bələdiyyə dairəsi Xoroşevski, st. 2-ci Magistralnaya, 18a
+7 (495)147-06-88
info@vexport.ru

Arxa ofis: Perm, Kosmonavtov şossesi, 111k27, ofis 324
Təchizatçı şirkəti seçməmisiniz? Online Expo onlayn sərgisinə qatılın
Bu platforma onlayn sərgilər keçirmək üçündür. Onun köməkliyi ilə evdən çıxmadan onlayn sərgidə iştirak etməklə məhsullar və təchizatçı şirkət seçə bilərsiniz.
Onlayn sərgi 3D tura bənzəyir. Burada hər bir mal təminatçısının özünün stendi var. Skrinşotda Rusiyada meyvə şirəsi istehsalçısı olan KRAL şirkətinin stendidir.
Ən çox verilən suallara cavab veririk
Hansı sahələr üzrə işləyirsiniz?
Biz bütün sahələr üzrə işləyirik. Lakin aşağıdakı sahələr üzrə daha güclüyük:

  • Kənd təsərrüfatı və qida sənayesi
  • Texnika: kənd təsərrüfatı, xüsusi, dəmir yolu
  • Ağac materialları və sellüloz-kağız materialları sənayesi
  • Elektrotexniki, istilik enerjisi və digər sənaye cihazları
  • Mülki və sənaye tikintisi üçün inşaat materialları və avadanlıqları
  • İT məhsulları (proqram təminatı) və server avadanlıqları

Əgər sizin sahəniz bu siyahıda yoxdursa, onda saytda sorğu qoyun, ola bilsin ki, biz sizə kömək edə bildik
Siz konkret olaraq
nə edirsiniz?

Bizim əsas vəzifəmiz - sizin Rusiya Federasiyasında çətinlik çəkmədən və ən sərfəli şərtlərlə məhsul almağınıza kömək etməkdir.


İşimizin həcmi:

  • Əqdlərin hüquqi səndələşdirilməsi
  • Məhsulun keyfiyyətinin yoxlanılması
  • Çatdırılma və malın gömrük sənədləşdirilməsi
  • Nəzərdə tutulmayan çətinliklərin həll edilməsi


Nəticədə siz yüksək keyfiyyətli, özünüz sərbəst alacağınız qiymətdən daha sərfəli və daha tez bir zaman kəsiyində məhsul əldə edəcəksiniz.
Mənimlə kim işləyəcək?
Personal meneceriniz sizin sifarişi kurasiya edəcək. İstehsalçıya olan tələbin yerinə yetirilməsinə, yüklənmə və daşınmaya nəzarət edəcək. Məhsulun keyfiyyətinə nəzarət edir
Məhsulun gömrük sənədləşməsini həyata keçirir. Gözlənilməz vəziyyətlərdən çıxış yolunu tapır. Menecer hər gün sizinlə əlaqədə olur.


Sahə üzrə mütəxəssislər ən yaxşı şərtlərlə keyfiyyətli malın tapılmasına kömək edirlər.  Bu elə bir şəxsdir ki, həmin sahəni yaxşı bilir və bazar haqqında kompitent hesabatlar verir.


Xarici iqtisadi fəaliyyət üzrə ekspert malın sərhəddən daşınması ilə məşğul olur: Gömrük rüsumunu hesablayır, sənədləri rəsmiləşdirir və məhsulun problemsiz şəkildə sizə çatması üçün hər şeyi edir.
Mal göndərənə necə ödəniş etməli?

Ödəniş şərtləri istehsalçıda olduğu kimidir – ya 100% əvvəlcədən ödəni, ya da müqavilə üzrə hissə-hissə ödəniş.  Əgər sizə uyğun olsa akkreditiv vasitəsilə - Burada bank pulu saxlama üçün qəbul edir və müqavilənin yerinə yetirilməsinin qarantı qismində çıxış edir.

Sizin xidmətləriniz neçəyədir?
Əgər biz agent rolunda iştirak ediriksə, müqavilə dəyərinin 1,5%-dən başlayaraq. Əgər müqavilə tərəfi kimi çıxış ediriksə, onda müqavilə dəyərinin 3%-dən başlayaraq Yekun rəqəm tapşırığın çətinliyindən asılıdır. Sifarişinizin qiymətini bilmək istəyirsinizsə, onda sifariş yerləşdirin.

İstehsalçılardan ən yaxşı təklifləri sizin üçün seçəcəyik

Mixail Anisimov
Sizin şəxsi ekspertiz
Расскажем, как мы увеличим вашу прибыль от сделки
Оставьте заявку, мы перезвоним в течение дня
Нажимая кнопку, вы автоматически соглашаетесь на обработку персональных данных
Bölmənin aradan qaldırılması
ООО «ВЭКСПОРТ»
ИНН 7714483980
КПП 771401001
ОГРН 1227700211243
Rusiyadakı korporativ məlumatlarımız: